1950-ci illərin üslubunda olan ayaqqabılar 2026-cı ildə yenidən trendə çevrilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Vogue" jurnalının saytında məlumat yayımlanıb.
Qeyd olunur ki, tanınmış dizaynerlərin nümayişləri sayəsində moda dünyasına yenilənmiş badam formalı qadın ayaqqabıları (“lodochka”) qayıdıb. Bu model dar və ya bir az yuvarlaq burunlu, orta hündürlüklü dabanlı və ayaq üstünü klassik lodochkalardan bir qədər daha çox bağlayan üst hissəyə malikdir.
Aytəkin TOFİQQIZI