RU

 Gündəlik yüksək natrium qəbulu ürək çatışmazlığı riskiniARTIRIR

ABŞ-nin Vanderbilt University alimləri gündə 4000 milliqramdan çox natrium qəbulunun ürək çatışmazlığı riskini birbaşa artırdığını müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Journal of the American College of Cardiology: Advances" jurnalında dərc olunub.

Tədqiqatda ABŞ-nin cənub-şərq bölgəsində yaşayan 25 300-dən çox insanın məlumatları təhlil edilib. Məlum olub ki, iştirakçılar orta hesabla gündə 4269 milliqram natrium qəbul ediblər ki, bu da tövsiyə olunan 2300 milliqram normadan xeyli yüksəkdir. Natriumun əsas mənbəyi isə qida duzu hesab olunur.

Alimlərin qənaətinə görə, bu səviyyədə duz qəbulu ürək çatışmazlığı riskini təxminən 15% artırır. Bundan əlavə, hər əlavə 1000 milliqram natrium gündəlik riskin təxminən 8% yüksəlməsi ilə əlaqələndirilir.

Ürək çatışmazlığı zamanı ürək orqanizmə kifayət qədər qan pompalaya bilmir və bu, ciddi sağlamlıq problemlərinə səbəb olur.

Tədqiqatçılar bildiriblər ki, nəticələr digər risk faktorları – artıq çəki, xolesterin səviyyəsi, fiziki aktivlik, yuxu rejimi və ürək-damar xəstəlikləri nəzərə alındıqdan sonra da statistik olaraq əhəmiyyətli qalıb.

Araşdırmaya əsasən, gündəlik natrium qəbulunun 4000 milliqram və ya daha aşağı səviyyəyə endirilməsi ürək çatışmazlığı hallarını uzunmüddətli perspektivdə təxminən 6,6% azalda bilər.

Nuriyyə NATİQQIZI

Избранный
9
2
redaktor.az

3Источники