RU

“İrandakı müharibə regionda qeyri sabitliyi artıracaq...” “Stratfor” risqlər barədə yazdı

ain.az, Hurriyyet portalına istinadən məlumat yayır.

“Cənubi Qafqaz yenidən siyasi və təhlükəsizlik baxımından gərginliklə üzləşəcək. Belə ki, İrandakı müharibə regionda qeyri-sabitliyi artıracaq, Ermənistandakı seçkilər isə Azərbaycanla sülh danışıqlarının gələcəyi üçün sınağa çevriləcək”.

“AzPolitika” bildirir ki, bu barədə ABŞ-ın “Stratfor” analitik mərkəzinin yaydığı təhlildə qeyd olunub. Bildirilir ki, İranla müharibənin yaratdığı regional qeyri-sabitlik Azərbaycanı təhlükəsizlik sahəsində yüksək hazırlıq vəziyyətini saxlamağa məcbur edəcək. Bakı sərhədə gücləndirilmiş qüvvələrin yerləşdirilməsi davam etdiricək və enerji infrastrukturunun mühafizəsini təmin edəcək.

Eyni zamanda, enerji resurslarının qiymətinin artması ixrac gəlirlərini yüksəldəcək, lakin ölkənin məhdud istehsal imkanlarına görə bu qazanc məhdud olacaq.

Daha yüksək qiymətlər səbəbindən Ermənistanla yanacaq ticarəti də artıracaq, çünki İrəvan alternativ quru təchizat yolları axtaracaq.

Ermənistanda qütbləşmiş elektorat iyunda keçiriləcək seçkilərə gedəcək və bu seçkilər Azərbaycanla sülh prosesinin davam edib-etməyəcəyini müəyyən edə bilər. Baş nazir Nikol Paşinyanın yenidən seçilməsi onun Azərbaycanla əməkdaşlıq və Avropa İttifaqı ilə əlaqələrin dərinləşdirilməsi istiqamətində mandatını gücləndirəcək. Lakin müxalifətin uğur qazanacağı halda Ermənistanın danışıqlardakı mövqeyi – o cümlədən konstitusiya dəyişiklikləri və Azərbaycanla münasibətlərin normallaşdırılması məsələlərində sərtləşə bilər.

Rusiya isə öz növbəsində Ermənistandakı seçki gərginliyindən istifadə etmək üçün hibrid alətlərdən yararlana bilər. Bu, həm səsvermə zamanı, həm də ondan dərhal sonra etirazların təşviqi və siyasi qeyri-sabitliyin gücləndirilməsi ilə müşayiət oluna bilər.

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin beyin mərkəzlərindən sayılan “Stratfor”un İranda baş verənlər fonunda regiondakı təhlükəsizliklə bağlıproqnozları kifayət qədər narahatedicidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
hurriyyet.az

1Источники