RU

Qarabağ və Şərqi Zəngəzurdan cəlb olunmuş əmanətlər artıb

Bakı. Trend:

Bu ilin martın 1-nə Qarabağ iqtisadi rayonundan cəlb qoyulmuşəmanətlərin həcmi 110,084 milyon manat təşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 2,8 milyonmanat və ya 2,6%, 2025-ci ilin martın 1-nə olan göstərici iləmüqayisədə isə 18,4 milyon manat və ya 20% çoxdur.

Hesabat dövrünə sözügedən regiondan cəlb olunmuş əmanətlərinorta faiz dərəcəsi 5,60%-ə bərabər olub.

Eyni zamanda, bu ilin martın 1-nə Şərqi Zəngəzur iqtisadirayonundan cəlb olunmuş əmanətlərin həcmi 1,008 milyon manat olubki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 116 min manat,yaxud 13%, ötən ilin eyni dövrünə nisbətən isə 569 min manat və ya2,3 dəfə çoxdur.

Hesabat dövrünə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuşəmanətlərin orta faiz dərəcəsi 5,91% təşkil edib.

Qeyd edək ki, bu ilin martın 1-nə Azərbaycanın ümumi regionlarıüzrə cəlb olunmuş əmanətlərin həcmi 17,209 milyard manat təşkiledib ki, bu da əvvəlki ayla müqayisədə 542,7 milyon manat və ya3,3%, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,4milyard manat və ya 16% çoxdur.

Избранный
52
1
az.trend.az

2Источники