RU

Dövlət qulluğu üzrə növbəti test imtahanlarının tarixi açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 3-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirəcək.

DİM-dən bildirilib ki, imtahan elektron formada kompüterlər vasitəsilə Bakı şəhərində təşkil olunacaq.

BA və BB vəzifə qruplarına uyğun imtahan saat 10:00-da, AB, AC vəzifə qruplarına uyğun imtahan isə saat 16:00-da başlanır.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı aprelin 2-dən 22-dək aparılacaq.

İmtahan vermək istəyən şəxslər DİM-in portalında “Şəxsi kabinet” yaratmalıdır (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Избранный
15
14
anews.az

10Источники