Moldova parlamenti yekun oxunuşda Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması barədə sazişin və Birliyin Nizamnaməsinin denonsasiyası ilə bağlı qanun layihələrini qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə “Moldpres” məlumat yayıb.
Məlumata görə, qanun layihələri parlament tərəfindən təsdiqləndikdən sonra Moldova Prezidenti onları imzalayacaq və Xarici İşlər Nazirliyi MDB İcraiyyə Komitəsinə göndərəcək.
Beləliklə, Vyana Konvensiyasına əsasən, MDB-dən çıxmaq 12 ay ərzində yekunlaşacaq.