ain.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qalatasaray" Türkiyə Super Liqasının XXVIII turunda "Trabzonspor" ilə keçiriləcək matçdan əvvəl Qabriel Sara, Uğurcan Çakır və Viktor Osimhenin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama yayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.
Bildirilib ki, Qabriel Saranın bugünkü MRT müayinəsi zamanı sol topuğunun medial ön-lateral bağında zədələnmə və sümükdə şişkinlik aşkar edilib.
Milli komandadan qayıdan Uğurcan Çakır günü infeksiya səbəbindən müalicə alaraq keçirib.
Əməliyyatdan sonrakı bərpa prosesi davam edən Viktor Osimhen isə idman zalında fizioterapevtlərin nəzarəti altında məşq edib.
Qeyd edək ki, Trabzonspor – Qalatasaray matçı aprelin 4-də, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Rumıniya millisində ayrılıq - RƏSMİ
"Mançester Yunayted"in yeni transfer hədəfi
Dünya çempionatına getməyəcək ən yaxşı 15 FUTBOLÇU
"Arsenal"ın müdafiəçisi yenidən A Seriyasında çıxış edə bilər
Sara İngiltərəyə qayıda bilər
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.