RU

BMT baş katibi İranı qonşu ölkələrə hücumu dayandırmağa çağırdı

BAKI, 2 aprel. TELEQRAF

“İranda müharibəyə son qoymaq üçün diplomatik səylər göstərilir”.

Teleqraf xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş İrandakı durumu şərh edərkən deyib.

Beynəlxalq təşkilatın rəhbəri ABŞ və İsraili müharibəyə son qoymağa, İranı qonşu ölkələrə hücumları dayandırmağa və Hörmüz boğazını dərhal açmağa çağırıb.

“ABŞ və İsrail üçün böyük insan əzablarına və dağıdıcı iqtisadi nəticələrə səbəb olan müharibəni dayandırmağın vaxtıdır. İran qonşularına hücum etməyi dayandırmalıdır. Münaqişələr öz-özünə yox, liderlər dialoqu seçdikdə bitir. Hələ də belə bir seçim imkanı var. Bu, indi edilməlidir”, - Quterreş vurğulayıb.

BMT baş katibi həmçinin münaqişə tərəfləri ilə əlaqə saxlamaq üçün xüsusi nümayəndəsi Jan Arnonun bölgəyə göndərildiyini açıqlayıb.

Избранный
21
teleqraf.com

1Источники