"İran Avropa, Asiya və ərəb ölkələri ilə Hörmüz boğazından istifadəyə dair razılaşmalar bağlamağa hazırdır".
Moderator.az xəbər verir ki, bunu İran hökuməti yanında informasiya şurasının rəhbəri Elyas Xəzrati bildirib.
"İran Hörmüz boğazını tam nəzarətdə saxlayır. Biz bu gün belə bir qənaətə gəldik ki, bəlkə, Hörmüz boğazı ilə bağlı müqavilə elan edək. Ondan istifadə etmək istəyən Avropa, Asiya və ərəb ölkələrini bizimlə müqavilə bağlamağa dəvət edək", - deyə o, İran dövlət telekanalının efirində bildirib.