RU

Macarıstan mediası Avropada enerji böhranı riskindən yazır

Macarıstanın Index.hu nəşri İran ətrafında gərginliyin Avropanın enerji bazarına mümkün təsirləri ilə bağlı məqalə yayımlayıb.

Bakıvaxtı.az xəbər verir ki,  yazıda əsas risk amili kimi Hörmüz boğazı göstərilir. Bildirilir ki, dünya üzrə neft və qaz tədarükünün təxminən 20 faizi bu marşrutdan keçir və onun bağlanması qlobal enerji təhlükəsizliyi üçün ciddi təhlükə yarada bilər.

Nəşr qeyd edir ki, Avropa bu vəziyyətdə xüsusilə həssasdır. Belə ki, idxal edilən neft məhsullarının 40 faizdən çoxu Körfəz regionunun payına düşür. Boğazın uzun müddət bağlı qalacağı halda alternativ tədarük imkanlarının məhdudluğu yanacaq qıtlığı riskini artırır.

Məqalədə vurğulanır ki, əvvəlki enerji böhranlarından fərqli olaraq, bu dəfə problem yalnız neftlə məhdudlaşmır — qaz və emal olunmuş enerji məhsulları da təsir altına düşür. Bu isə bazarlarda əlavə təzyiq yaradır və qiymət artımını sürətləndirir.

Artıq Avropanın bəzi ölkələrində bu təsirlər hiss olunmağa başlayıb. Yanacaq qiymətləri yüksəlir, hökumətlər isə təcili müdaxilə tədbirləri görür. Xüsusilə Macarıstanda benzinin qiymətinə dövlət nəzarəti tətbiq edilib.

Ekspertlər xəbərdarlıq edirlər ki, vəziyyətin daha da gərginləşməsi inflyasiyanın artmasına, sənaye xərclərinin yüksəlməsinə və iqtisadi artımın zəifləməsinə səbəb ola bilər. Onların fikrincə, mümkün böhranın təsirləri bir neçə il davam edə bilər.

Избранный
21
1
bakivaxti.az

2Источники