RU

Krımdakı aviaqəzada general da həlak olub Daha 6 zabit var... + FOTO

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, işğal altındakı Krımda Rusiya hərbi aviasiyasına ağır zərbə dəyib. Baş verən təyyarə qəzasında Rusiya Şimal Donanmasının rəhbər heyəti həlak olub.

"AzPolitika" Rusiya qaynaqlarına istinadla xəbər verir ki, martın 31-də qəzaya uğrayan "An-26" hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində olan 29 nəfərin hamısı həlak olub.Məlumata görə, həlak olanlar arasında Rusiya ordusu üçün xüsusi əhəmiyyət kəsb edən yüksək rütbəli hərbçilər var. "Dossier Şpiona" teleqram kanalının iddiasına görə, ölənlər arasında Rusiya Şimal Donanmasının Qarışıq Aviasiya Korpusunun komandiri, general-leytenant Aleksandr Otroşenko da var.Bundan başqa, qəza nəticəsində Şimal Donanması qərargahının daha 6 zabitinin öldüyü bildirilir.Hərbi ekspertlər qeyd edirlər ki, bir korpusun komandanlıq heyətinin eyni təyyarədə olması və onların hamısının eyni vaxtda həlak olması Rusiya ordusunun Şimal Donanmasında ciddi idarəetmə boşluğu yaradacaq.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
65
azpolitika.info

1Источники