Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ay Yola” musiqi qrupunu qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, görüş mətbuata bağlı şəkildə keçirilib.
Görüşdə kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay və Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran da iştirak ediblər.
Qeyd edək ki, “Ay Yola” iki musiqi qrupunun birləşməsi nəticəsində 2024-cü ildə yaranıb. Qrup Adel Şəyxetdinova, Ruslan Şəyxetdinov və Rinat Ramazanov olmaqla 3 nəfərdən ibarətdir. Qrupun “Homay” mahnısı ötən il qlobal trendə düşmüşdü.
Əlavə edək ki, qədim türk inancına görə, Homay Ana Tanrı, həyat və yaxşılıqlar ilahəsidir.
Sözügedən ifa bugünədək yutub platformasında 43 milyondan çox baxış toplayıb.