RU

Qadın avtomobili səkidə ər arvadın üzərinə sürüb, kişini döydürdü VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Səkidə avtomobili piyadaların üzərinə sürən qadın sürücü ona etiraz edən kişini döydürüb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisə mobil telefon vasitəsi ilə qeydə alınıb.

Belə ki, qadın sürücü idarə etdiyi avtomobili səki ilə sürərək uşaq arabası ilə gəzən qadının üzərinə sürüb və az qala onu və uşağı vuracaqmış. Qadın həyat yoldaşı Nikita (videoda boz gödəkçəli şəxs) ilə birlikdə gəzirmiş. Nikita qadına irad bildirdikdə, o, bundan inciyərək yaxınına zəng edib. Həmin şəxs (videoda qara idman geyimli) dərhal hadisə yerinə çatar-çatmaz Nikitaya hücum edib. Bir-iki yumuruq və təpik zərbələri alana zərərçəkənin köməyinə bu zaman oradan keçən yerli sakini Mixail gəlib. O davanı ayırmağa çalışıb, lakin bacarmayıb, o da həmin şəxs tərəfindən döyülüb.

Sözügedən hadisənin görüntülərini təqdim edirik:

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
37
17
avtosfer.az

10Источники