RU

Stubbdan Pezeşkiana: Müharibə dayandırılmalı, Hörmüz dərhal açılmalıdır

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Finlandiya Prezidenti Aleksandr Stubb iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, danışıq zamanı tərəflər İranda və Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə ediblər.

Stubb qeyd edib ki, bölgədə gərginliyin azaldılması üçün ən qısa zamanda atəşkəs əldə olunmalı və münaqişə diplomatik yollarla həll edilməlidir.

Finlandiya lideri həmçinin qonşu ölkələrə qarşı zərbələrin dayandırılmasının vacibliyini vurğulayıb. O, Hörmüz boğazı üzərindən gəmiçiliyin azad şəkildə bərpa olunmasının əhəmiyyətinə diqqət çəkib.

Stubb bildirib ki, fikir ayrılıqlarına baxmayaraq, dialoqun davam etdirilməsi regional sabitlik üçün mühüm əhəmiyyət daşıyır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
globalinfo.az

1Источники