RU

Manana Aftandil İsrafilovun məşhur mahnısını oxudu

Əməkdar artist Manana Çaparidze mərhum Xalq artisti Aftandil İsrafilovun “Basqalı rəqsi” əsərinə yeni nəfəs verib.

Musavat.com xəbər verir ki, müğənni musiqiyə şeir yazıb. Manana mahnını "Basqalım mənim” adlanır.

"Bir neçə il əvvəl, çıxış etdiyim tədbirlərdən birində mənə böyük bir xoşbəxtlik nəsib oldu. Mərhum qarmon ustası, hörmətli Avtandil müəllim İsrafilovla görüşdüm. Çıxışımdan sonra duyğularla dolu idim: isti qarşılanma, dinləyicilərin mehriban baxışları, sevgi dolu bir ab-hava. Bu hisslərlə ona böyük hörmət və sevgi ilə yaxınlaşdım. Bu görüş mənim üçün böyük bir şərəf idi. Söhbətimiz çox səmimi keçdi və birdən o mənə dedi: “Manana, qızım, bilirsən ki, sənin ifa etdiyin mahnılardan birində səslənən musiqi parçası "Basqalı rəqsi" mənim bəstəm, əsərimdir". Bu sözləri eşitmək mənim üçün həm gözlənilməz, həm də böyük sevinc idi. Mən ona bu gözəl əsərə görə ürəkdən təşəkkür etdim. Elə həmin anda o, mənə bir xahişlə müraciət etdi, elə bir xahiş ki, bu günə qədər ürəyimdə yaşayır. O istəyirdi ki, bu əsər artıq mahnı kimi səslənsin və mənim ifamda səslənsin. O, bir az kədər hissi ilə qeyd etdi ki, bu əsər Azərbaycan hüdudlarından kənarda bəzən başqa adlarla təqdim olunur və məhz buna görə mənə xeyir-dua verdi ki, bu bəstənin əsasında mahnı yaradım və onun ilk ifaçısı olum, Azərbaycan dilində. Zaman keçdi və bu gün mən Aftandil müəllimin bizə miras qoyduğu əsəri təqdim edirəm. Hörmətli Avtandil müəllimin qızı, mənim üçün artıq çox doğma olan dəyərli Həcər xanımdan da inanılmaz dəstək gördüm", - deyə, fikirlərini bölüşüb.

Musavat.com 

 

Избранный
27
15
musavat.com

10Источники