RU

Rumıniyadan İsrailə zərbə: İHA müqaviləsi ləğv oluna bilər

Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rumıniya İsrail şirkəti ilə imzalanmış pilotsuz uçuş aparatları (PUA/İHA) tədarükü müqaviləsini ləğv etməyə hazırlaşır.

"Ölkə.az" xəbər verir ki, ölkənin müdafiə naziri Radu Miruta jurnalistlərə açıqlamasında bildirib ki, çatdırılma gecikmələri səbəbindən Elbit Systems ilə bağlanmış 427,2 milyon dollarlıq müqavilənin taleyi yenidən qiymətləndirilir.

Nazir qeyd edib ki, sözügedən razılaşma 2022-ci ildə imzalanıb və İHA-ların tədarükünə 2025-ci ildə başlanması planlaşdırılıb. Lakin İsrail şirkəti mücbir səbəbləri əsas gətirərək üç dəfə təxirə salınma tələbi irəli sürüb.

Mirutanın sözlərinə görə, Rumıniya Müdafiə Nazirliyi ilk iki gecikməni qəbul etsə də, bu müddət ərzində şirkət təxminən 60 milyon avro məbləğində cərimə öhdəliyi ilə üzləşib.

Nazir əlavə edib ki, müqavilənin ləğvi məsələsi ciddi şəkildə nəzərdən keçirilir: “Bu müqaviləni dayandırmaq istəyib-istəmədiyimizi qiymətləndirirəm. Bəzi texniki xüsusiyyətlər var ki, avadanlıqlar bir neçə il sonra təhvil verildikdə artıq aktuallığını itirə bilər.”

Qeyd edək ki, bu qərar Rumıniya ilə İsrail arasında müdafiə sahəsində əməkdaşlığa da təsir göstərə bilər.(musavat.com)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
40
2
olke.az

3Источники