RU

Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatdı

Avropada reaktiv yanacağın qiyməti rekord səviyyəyə yüksələrək bir ton üçün 1900 ABŞ dollarına çatıb.

Publika.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, reaktiv yanacağın qiyməti cümə axşamı günü rekord həddə yüksələrək bir tona 1900 dollar təşkil edib.

Məlumata əsasən, vəziyyət xüsusilə Böyük Britaniya üçün daha həssasdır. Belə ki, təyyarə yanacağının bahalaşması səbəbindən Hitrou hava limanında bəzi uçuşların ləğv edilməsinə başlanılıb.

Избранный
12
9
publika.az

10Источники