RU

Lvovda keçmiş idmançı öldürülüb

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Bu gün Ukraynanın Lvov şəhərində qətlə yetirilən Ərazi Komplektləşdirmə və Sosial Dəstək Mərkəznin (TCC) zabiti Oleq Avdeyevlə bağlı bəzi maraqlı təfərrüatlar məlum olub. 

"Lviv.Media"nın yaydığı məlumata görə, 53 yaşlı zabit bu sistemdə cəmi altı ay xidmət edib. 1973-cü il təvəllüdlü Oleq Avdeyev peşəkar təhsilinə görə hərbçi deyil. O, Lvov Milli Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. TCC sisteminə gəlməzdən əvvəl isə Sərhəd Xidmətində çalışıb.

Məlumata görə, Avdeyev 2025-ci ilin noyabrından TCC-də xidmətə başlayıb. Əvvəlcə səfərbərlik şöbəsində zabit kimi fəaliyyət göstərib, bu ilin yanvarından isə inzibati xətaların araşdırılması və müşayiəti qrupunun zabiti vəzifəsinə təyin edilib. 

Xəbərdə ən diqqətçəkən məqamlardan biri qətlə yetirilən şəxsin keçmiş idmançı olması ilə bağlıdır. Belə ki, bir sıra Ukrayna KİV-ləri Avdeyevin peşəkar kirşə idmanı (sani) ilə məşğul olduğunu və 1998-ci, həmçinin 2002-ci illərdə Qış Olimpiya Oyunlarında Ukraynanı təmsil etdiyini yazır.

Hətta Olimpiya Oyunlarının rəsmi saytında da eyni adlı və eyni təvəllüdlü idmançı barədə məlumatlar mövcuddur. Maraqlıdır ki, Lvov Vilayət Administrasiyasının rəhbəri tərəfindən bu barədə paylaşılan məlumat sonradan sosial şəbəkələrdən silinib. Hazırda rəsmi qurumlar onun Olimpiya keçmişini hələlik təsdiqləməyib. 

Xatırladaq ki, hadisə ilə bağlı araşdırmalar davam edir.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
37
azpolitika.info

1Источники