RU

Vens Orbana dəstək vermək üçün Budapeştə gedir

ABŞ-ın vitse-prezidenti Cey Di Vens və xanımı, ölkənin ikinci ledisi Uşa Vens 7–8 aprel tarixlərində Budapeştə səfər edəcəklər.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə ikitərəfli danışıqların aparılması, həmçinin Vaşinqton və Budapeşt arasındakı tərəfdaşlığa həsr olunmuş kütləvi çıxışın reallaşdırılması planlaşdırılır.

Səfərin məqsədi 12 apreldə keçiriləcək parlament seçkiləri ərəfəsində ABŞ-ın hazırkı rəhbərliyinin Macarıstanın baş nazirinə dəstəyini nümayiş etdirməkdir.

Избранный
94
4
publika.az

5Источники