RU

ABŞ NATO-dan çıxsa…

Son günlər ABŞ prezidenti Donald Tramp İranla münaqişəyə dəstək olmadığı üçün NATO-dan çıxmaqla bağlı xəbərdarlıqlar edir. Bunun baş vermə ehtimalı Avropanın təhlükəsizliyini sual altında qoyur. ABŞ NATO-dan çıxarsa, Rusiyanın Avropaya qarşı mövqeyi də müzakirə mövzularından biridir.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən irlandiyalı tarixçi və politoloq Patrik Uolş bu ehtimalın baş verməsinin prosedur çətinliklərinə görə qəliz olacağını bildirdi.

Onun sözlərinə görə, çətinliklərə baxmayaraq Donald Tramp açıq şəkildə NATO-nun artıq ABŞ üçün faydalı olmadığını düşünür:

“SSRİ-nin dağılmasından sonra 1990-cı illərdə bəzi insanlar da bunu demişdi. Amma bu fikri açıq şəkildə dəstəkləyən ilk prezident Trampdır. Ondan əvvəlki bütün prezidentlər NATO-nun Şərqə doğru genişlənməsini dəstəkləyirdilər. Trampın mövqeyi belədir: Rusiya Avropanın problemidir, ABŞ-ın yox. Aydındır ki, bu yanaşma ABŞ üçün müəyyən qazanc gətirsə də, Avropa üçün əlavə xərclər yaradır”.

Избранный
40
50
publika.az

10Источники