RU

Polşa COVID-19 peyvəndlərini qəbul etmədiyi üçün 1 milyard avrodan çox zərər edə bilər

Polşanın Səhiyyə naziri Jolanta Sobierańska-Grenda bildirib ki, ölkə 64 milyon doza Pfizer COVID-19 peyvəndini qəbul edib məhv etmək öhdəliyi ilə üz-üzədir.

Bu barədə Editor.az TVP World-ə istinadən xəbər verir.

Belçikada fəaliyyət göstərən məhkəmə Varşavanın təxminən 80 milyon doza koronavirus peyvəndini qəbul etməsi və ödənişini həyata keçirməsi barədə qərar çıxarıb. Bu peyvəndlərin ümumi dəyəri faizlə birlikdə təxminən 1,3 milyard avro təşkil edir. Polşa 2021-ci ildə Ursula von der Leyen tərəfindən başladılan birgə satınalma proqramı çərçivəsində peyvəndlərin alınması ilə bağlı müqavilə imzalamışdı. Pfizer isə çatdırılmamış peyvəndlər üçün ödəniş tələb edir və yaxın illərdə onların Varşavaya təhvil veriləcəyini bildirir.

Nazirin sözlərinə görə, ölkənin bu məqsədlə xərcləməli olacağı 6 milyard zlotı onu ciddi şəkildə məyus edir. O qeyd edib ki, bu vəsait xərçəng xəstələrinin bir illik dərman təminatına, rezident həkimlərin birillik təhsilinə, ölkədə KT (kompüter tomoqrafiyası) cihazlarının sayının altı dəfə artırılmasına və ya MRT aparatlarının sayının üç dəfə çoxaldılmasına sərf oluna bilərdi.

Polşanın Baş naziri Donald Tusk mövcud vəziyyətə görə əvvəlki hökuməti – Mateusz Morawiecki rəhbərliyində fəaliyyət göstərmiş kabineti məsuliyyətli hesab edir.

Qeyd edək ki, noyabr ayında Rumıniya hakimiyyətinin istifadə müddəti bitmiş 17 milyon doza koronavirus peyvəndini məhv etmək məcburiyyətində qaldığı bildirilmişdi.

//Gülnarə Abasova, Editor.az

Избранный
38
editor.az

1Источники