RU

Avstraliya xüsusi təyinatlılarını Yaxın Şərqə GÖNDƏRDİ

Avstraliya İranla bağlı münaqişənin gərginləşməsi qorxusu ilə Yaxın Şərqə gizli olaraq SAS xüsusi təyinatlı qüvvələri bölməsi yerləşdirib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə "The Daily Telegraph" mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bölmənin Birləşmiş Ərəb Əmirliklərindəki "Əl-Minhad" hava bazasında yerləşdiyi ehtimal olunur. Lakin yerləşdirilmənin dəqiq yeri və təfərrüatı açıqlanmayıb. Nəşr qeyd edir ki, bölmə döyüş əməliyyatlarının icrası üçün nəzərdə tutulmayıb. Onun əsas missiyası təhlükəsizliyi təmin etmək və diplomatik missiya heyəti də daxil olmaqla təxliyə əməliyyatları aparmaqdır.

Избранный
31
redaktor.az

1Источники