
Gəncədə yol qəzası olub.
Missiya.Az "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Lada" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı qab-qacaq mağazasına çırpılıb. Zərbənin təsirindən avtomobil mağazanın içərisinə daxil olub. Nəticədə mağazada olan xeyli qab-qacaq yararsız hala düşüb.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə və mağazaya xeyli ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Fakt üzrə araşdırma aparılır.