RU

Qurban Qurbanov hesabat konfransına yenə qatılmadı

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AFFA-nın hesabat konfransına qatılmayıb. 

“Qafqazinfo”nun məlumatına görə, İcraiyyə Komitəsinin üzvü olan məşqçi ardıcıl ikinci ildir ki, bu tədbirdə iştirak etmir. 

Xatırladaq ki, çalışdırıcı ötən il də keçirilən hesabat konfransına qatılmamışdı. AFFA-dan saytımıza bildirilmişdi ki, Q.Qurbanov komandasının “Kəpəz”a qarşı keçirəcəyi oyuna görə Tovuza yollandığı üçün iclasda iştirak etməyib. Qurban Qurbanov həmçinin İcraiyyə Komitəsinin iclaslarına qatılmamaqla da gündəmə gəlmişdi. Lakin o, sonuncu komitə iclasında iştirak etmişdi.

Qeyd edək ki, bu gün “Qarabağ” Azərbaycan Kubokunun 1/2 finalında “Sabah”la qarşılaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
4
qafqazinfo.az

5Источники