RU

Bakını bürüyən dumanın sirri: arxasında İran dayanır? –  İnanılmaz

Son günlər Bakıda müşahidə olunan duman sosial şəbəkələrdə müxtəlif müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bu vəziyyəti regionda baş verən müharibə ilə əlaqələndirirlər. Digər tərəfdən, iddia edilir ki, İran ABŞ-İsrail dronlarının müşahidə qabiliyyətini azaltmaq üçün  iqlimə təsir edərək duman yaradır.

Bu yanaşma nə dərəcədə doğrudur?

“Yeni Sabah” xəbər verir ki, globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, dumanlı hava şəraiti payız və qış aylarında müşahidə olunan təbiət hadisəsidir:

“Bu hal adətən havanın soyuması və ya isinməsi ilə əlaqədar olur. Proses əsasən havanın rütubəti, temperaturun artıb-azalması və atmosfer təzyiqi ilə bağlıdır və hər il təkrarlanır. Vəziyyəti İranda davam edən müharibə ilə əlaqələndirmək doğru deyil. Tehranın ABŞ dronlarının görünməzliyini və ya müşahidə imkanlarını azaltmaq məqsədilə iqlimə təsir göstərmək üçün müvafiq texnoloji imkanları da yoxdur”.

Ekoloq Cəmşid Bəxtiyar bildirib ki, duman havadakı su buxarının xırda su damcılarına çevrilməsi nəticəsində yaranır:

“Bu proses adətən hava soyuyanda baş verir. Belə ki, temperatur aşağı düşdükcə hava artıq bütün su buxarını saxlaya bilmir və buxar kondensasiya olunaraq duman əmələ gətirir. Əsas səbəblər isə havanın yüksək rütubətli keçməsi, temperaturun enməsi və küləyin zəif olmasıdır. Xüsusilə səhər və axşam saatlarında, eləcə də su hövzələri yaxınlığında duman daha çox müşahidə olunur”.


Telegram kanalımız
Избранный
37
7
yenisabah.az

8Источники