RU

Üç general eyni vaxtda vəzifədən uzaqlaşdırıldı ABŞ ordusunda nə baş verir?

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Müdafiə Nazirliyində (Pentaqon) yüksək rütbəli hərbçilərlə bağlı ciddi kadr dəyişiklikləri baş verib.Bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.Pentaqon təkcə ABŞ ordusunun Baş Qərargah rəisini deyil, daha iki yüksək rütbəli generalı da vəzifəsindən kənarlaşdırıb. Söhbət oktyabr ayında Ordunun Təlim və Transformasiya Komandanlığına rəhbərlik etmiş general Devid Hodne və ordunun baş keşişi general-mayor Uilyam Qrindən gedir.Bundan əvvəl ABŞ müdafiə naziri Pit Heqset ABŞ Ordusunun Baş Qərargah rəisi Rendi Corcun istefasını tələb edib. Bildirilir ki, Heqset bu vəzifəyə ABŞ prezidenti Donald Trampla razılaşdırılmış yeni namizədin təyin olunmasını planlaşdırır.Müdafiə naziri həmçinin bildirib ki, qarşıdakı bir neçə gün ABŞ və İran arasında davam edən qarşıdurmada dönüş nöqtəsi ola bilər. Onun sözlərinə görə, Tehran mövcud vəziyyətdən xəbərdardır və ABŞ-a ciddi təsir göstərmək üçün kifayət qədər hərbi imkanlara malik deyil. (Publika.az)Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
33
demokrat.az

10Источники