Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hava-desant qoşunlarının və Astana Regional Komandanlığının komandirlərini təyin etdi.
Ölkə.Az xəbər verir ki, bu barədə Akorda məlumat verib.
Maxsut Kurmanaliyeviç Hüseynov Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin hava-desant qoşunlarının komandanı təyin edilib. O, əvvəlki vəzifəsindən azad edilib.
Baglan Abdijaliloviç Userbayev Astana Regional Komandanlığının komandanı təyin edilib.
