RU

PFL-in səlahiyyətləri azaldıla bilər – AFFA prezidenti açıqladı

PFL-in səlahiyyətlərinin azaldılacağı və ya qurumun ləğv edilə biləcəyi ilə bağlı şaiyələr gəzir.

Msport.az xəbər verir ki, AFFA prezidenti Rövşən Nəcəf mətbuat konfransında bu məsələyə toxunub.

O, AFFA ilə PFL arasında imzalanmış müqavilənin şərtlərində dəyişiklik edilməsi, funksiyaların artırılması və ya azaldılmasının mümkün olduğunu bəyan edib:

“”PFL hazırda AFFA ilə imzalanmış müqavilə çərçivəsində öz fəaliyyətini davam etdirir. Gələcəkdə bu müqavilənin şərtlərində dəyişiklik edilməsi, funksiyaların artırılması və ya azaldılması mümkündür. Bu, müzakirə oluna biləcək məsələdir. Lakin mahiyyət etibarilə PFL federasiyanın ona ötürdüyü səlahiyyətləri icra edir. Bu prosesin hansı formatda davam edəcəyi gələcək ehtiyaclara və səmərəliliyə görə müəyyənləşəcək”.

Избранный
32
6
msport.az

8Источники