RU

Qurbanovun konfranslara qatılmamasına Rövşən Nəcəfdən REAKSİYA

Xəbər verdiyimiz kimi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AFFA-nın aprelin 3-də keçirilən hesabat konfransına qatılmayıb. Baş məşqçinin bundan əvvəlki tədbirlərdə iştirak etmədiyi də qeyd olunub. 

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, AFFA prezidenti Rövşən Nəcəf Qurban Qurbanovun iclaslarda iştirak etməməsinin səbəbini açıqlayıb:

“Qurban Qurbanov qrafik sıxlığından iclaslarda iştirak etmir, amma onunla daim əlaqədəyik. Demək olar ki, bütün mövzularda fikirlərini bildirir.

Bu gün AFFA-nın hesabatını İK-nın hesabı kimi qəbul edə bilərik. İcraiyyə Komitəsi ilə daim əlaqədəyik, rəsmi görüşlər olmadan da fikir mübadilələri aparırıq. Qurban Qurbanov uşaq futbolunun inkişafı haqda dəyərli fikirlərini bizimlə bölüşür. Oyunları olanda da bizimlə danışır, öz, təkliflərini irəli sürür. İK-nin bütün üzvlərinə təşəkkür edirəm ki, çox rəngarəng təkliflər edirlər. Azərbaycan futboluna xidmət edəcək qərarları müzakirə edirik”.

Bizim.Media

Избранный
4
1
bizim.media

2Источники