RU

Abdullayevin dövründə xərclənən pullar yoxlanılır?

Rövnəq Abdullayevin dövründə xərclənən pulların yoxlaması aparılmır.

KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, bunu AFFA prezidenti Rövşən Nəcəf deyib.

Rövşən Nəcəfin ona ünvanlanan “Rövnəq Abdullayevin 16 illik AFFA prezidenti olduğu dönəmdə SOCAR-dan bu quruma azı 320 milyon sponsorluq vəsaiti ayrılıb. Siz də hazırda həm AFFA, həm də SOCAR prezidentisiniz. Sizdən əvvəlki dönəmlərdə SOCAR-dan AFFA-ya ayrılan vəsaitin doğru istiqamətdə xərclənib-xərclənməməsinə dair yoxlama aparılıbmı?” sualına cavabı konkret olub:

“Yoxlama aparılmır”.

Qeyd edək ki, SOCAR-ın sabiq prezidenti R.Abdullayev eyni zamanda 2008-2024-cü illərdə AFFA-ya rəhbərlik edib.

Избранный
18
8
konkret.az

9Источники