RU

Mübahisəli hakim qərarlarından danışdı Video

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Hər narazılıq olanda hakim mövqeyini dəyişsə, necə olar? Hakim qərar verərkən, kiminsə razı olub-olmadığını nəzərə almır. Lazım olan qərarları verir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu AFFA prezidenti Rövşən Nəcəf qurumun hesabat konfransında deyib. 

“Məni sevindirir ki, hakimlər təzyiqə baxmayaraq, qərarlarını dəyişmirlər. Hakim qərar verir, məşqçi “dəyiş” deyirsə, nəticəni təsəvvür edirsiniz? Hakim xətaları olubmu? Olub. Bunun üçün işlər görürük. Xətasız oyunlar olacaq? Hazırkı mərhələdə çətindir ki, olsun. Gələcəkdə bunu minumuma endirmək istəyirik. Hakimlərin inkişafında əsas prioritetlərimizdən biridir. Bəzi qərarlarda xətalar olub. Amma bunun üçün islahatlar aparırıq. Əsas məqsəd hakim qərarlarının doğruluq səviyyəsinin artırılmasıdır”, - o qeyd edib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
1
qafqazinfo.az

2Источники