RU

Uşaq futboluna ayrılan pullar mənimsənilir? RƏSMİ CAVAB VİDEO

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

AFFA-nın bu gün keçirilən Hesabat Konfransında qurumun prezidenti Rövşən Nəcəf Azərbaycan futbolunun gələcəyi, daxili çempionatdakı problemlər, planlaşdırılan islahatlar və uşaq futbolu barədə geniş məlumat verib.

İdman.Biz xəbər verir ki, Rövşən Nəcəf xüsusilə Misli Premyer Liqasındakı hakim idarəçiliyi və infrastruktur məsələlərinə toxunub.

AFFA rəhbəri hakim səhvlərinin minimuma endirilməsi üçün ciddi addımların atıldığını bildirib:

“Hakim xətalarının aradan qaldırılması ilə bağlı tədbirlər görürük. Bunların azaldılması yönündə iş gedir. Xətasız oyunlar olmur, lakin islahatların əsas məqsədi qərarların maksimal dərəcədə düzgün olmasıdır”.

Milli komandanın perspektivindən danışan Rövşən Nəcəf ümidvar olduğunu bildirib ki, yığmamız böyük çempionatların final mərhələsində çıxış edəcək. O, həmçinin klublara ayrılan vəsaitlərin xərclənməsində şəffaflığın əsas prioritet olduğunu vurğulayıb:

“Hər bir klub ayrılan vəsaitin istifadəsi barədə mütəmadi hesabat təqdim edir. AFFA tərəfindən buna nəzarət həyata keçirilir. Uşaq futbolunun inkişafı və akademiyaların səmərəli fəaliyyəti bizim üçün prioritetdir. Əgər vəsaitlərin düzgün istifadə edilməməsi ilə bağlı hər hansı məlumatınız varsa, bizə bildirin, minnətdar olarıq”.

İnfrastruktur məsələsini futbolun "ən yaralı yeri" adlandıran prezident bu sahəyə böyük investisiyaların tələb olunduğunu qeyd edib. Strategiyanın əsas tərkib hissələri kimi isə ölkə çempionatının səviyyəsinin yüksəldilməsi, klubların əlavə vəsait qazanması və infrastrukturun təkmilləşdirilməsi, "Qarabağ" və digər klublarımızın Avropadakı uğurları, futbolçuların xarici liqalara transferi, eləcə də qadın və məktəbli futbolunun inkişafı göstərilib.

Vüqar Vüqarlı

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
icma.az

1Источники