Rövnəq Abdullayevin dövründə xərclənən pulların yoxlaması aparılmır.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bunu AFFA prezidenti Rövşən Nəcəf deyib.
Rövşən Nəcəfin ona ünvanlanan "Rövnəq Abdullayevin 16 illik AFFA prezidenti olduğu dönəmdə SOCAR-dan bu quruma azı 320 milyon sponsorluq vəsaiti ayrılıb. Siz də hazırda həm AFFA, həm də SOCAR prezidentisiniz. Sizdən əvvəlki dönəmlərdə SOCAR-dan AFFA-ya ayrılan vəsaitin doğru istiqamətdə xərclənib-xərclənməməsinə dair yoxlama aparılıbmı?" sualına cavabı konkret olub:
"Yoxlama aparılmır".