RU

Bu hoteldə tələbələr praktiki bacarıqlarını real şəraitdə sınayırlar

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən hotel tələbələrin real iş mühitində praktiki bacarıqlarının sınadığı əsas məkana çevrilib.

Yeni Sabah” xəbər verir ki, bu fikirlər bu gün Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə təşkil olunan media-tur zamanı səsləndirilib.

Bu məkanda tələbələr yalnız təcrübə keçmir, həm də idarəetmə prosesində də iştirak edirlər. Həmin təcrübə onların gələcək karyerasına müsbət təsir göstərir və məzunların bir qismi daha sonra nüfuzlu hotellərdə çalışmaq imkanı qazanırlar.

Mərkəzin direktoru Afər Kərimov bildirib ki, binanın istifadəyə verilməsi kollektiv və tələbələr üçün mühüm dəyişikliklər yaradıb. Onun sözlərinə görə, burada formalaşdırılan şərait tələbələrin əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi yetişməsinə xidmət edir.

“Məqsədimiz tələbələri əmək bazarında rəqabətqabiliyyətli mütəxəssislər kimi yetişdirməkdir. İxtisasların seçimi də məhz bu prinsip əsasında formalaşdırılıb”, – deyə direktor vurğulayıb.

Afər Kərimov qeyd edib ki, tələbələr praktiki bacarıqlarını real şəraitdə sınayırlar, məzunların bir hissəsi isə təcrübə keçdikləri işəgötürənlər tərəfindən işlə təmin olunur. Mərkəz dövlət və özəl sektorla əməkdaşlığa xüsusi önəm verir.

Qeyd edək ki, Lənkəranda keçirilən tədbirdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə də iştirak edib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Избранный
19
yenisabah.az

1Источники