RU

Ordu sözçüsü: "ABŞ İranla münaqişədən ləyaqətli çıxış axtarır"

ABŞ İranla münaqişədən "ləyaqətli çıxış" axtarır.

"Yeni Sabah" ISNA-ya istinadla xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şekarçi bildirib.

"Amerikalılar indi müharibədən ləyaqətli bir çıxış axtarırlar, amma biz etdiklərinin qisasını alana qədər onları rahat qoymayacağıq. Tramp hər dəfə bir açıqlama verdikdə, o, dünyaya nə qədər alçaldıldığını daha aydın şəkildə göstərir", - deyə Şekarçi vurğulayıb.

Sözçü Hörmüz boğazının ABŞ və İsrail üçün çox uzun müddət bağlı qalacağını deyib: "Onlar heç bir halda ona yaxınlaşa bilməyəcəklər".

"Cebheinfo.az"

Избранный
30
1
cebheinfo.az

2Источники