RU

Dollar UCUZLAŞIR? - AÇIQLAMA

"Dolların məzənnəsi 1.70 manat ətrafında dəyişir. Əslində, əvvəlki dövrlərdə də dolların alışının, bəzi hallarda satışının 1.70 manatdan nisbətən aşağı olmasını müşahidə etmişik. Təbii ki, ölkəyə daxil olan valyutanın həcmi artır. Çünki neftin dünya bazarında qiyməti yüksəkdir. Gözlənilir ki, tədiyə balansında daha yüksək artımlar müşahidə olunacaq, müsbət saldonun artması qeydə alınacaq. Ölkəyə daxil olan valyutanın həcminin artması bütövlükdə makroiqtisadi stabillik baxımından vacibdir. Mərkəzi Bankın açıqlamaları isə göstərir ki, mövcud məzənnə siyasətinin əsas hədəfi manatın real məzənnəsini qoruyub saxlamaqdan ibarətdir".

 

Bu sözləri Pravda.az-a Milli Məclisin İqtsadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov dolların ucuzlaşma ehtimalları barədə danışarkən deyib.

 

 

Deputat bildirib ki, Mərkəzi Bank xüsusən ölkəyə daxil olan valyutanın həcmi azalmadığı halda manata qarşı hər hansı təhdidlərin olmadığını bəyan edir: "Bu baxımdan mövcud məzənnə siyasəti volatilliyin qarşısının alınması, hazırkı kursun qorunub saxlanmasından ibarətdir. Mərkəzi Bankın açıqlamaları da göstərir ki, manatın möhkəmlənməsi, yəni dolların manata nisbətdə ucuzlaşması əsas hədəf deyil. Əsas hədəf manatın ucuzlaşmasının qarşısını almaq və mövcud məzənnəni qoruyub saxlamaqdır. Bir sözlə, hələlik neftin dünya bazarında qiymətinin yüksək olduğu kontekstdə Mərkəzi Bank mövcud məzənnəni qoruyub saxlamağa çalışacaq".

 

Aytəkin Qardaşova

Tarix: 3 Aprel 2026, 13:54   
Избранный
21
pravda.az

1Источники