ABŞ-a məxsus daha bir F-35 qırıcısı İran səmasında vurulub.
“Tasnim”in xəbərinə görə, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr Şöbəsi bəyanat yayıb.
"Bu son 12 saat ərzində İran səmasında SEPAH-ın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edilən ikinci təcavüzkar qırıcıdır",- məlumatda bildirilib.
Bəyanatda ABŞ-ın regiondakı hərbi təchizatlarının və İsraildə hərbi hədəflərin hədəfə alındığı da qeyd olunub