Bəhreyn ordusu son 24 saat ərzində İran tərəfindən atılan 16 insansız hava aparatının (İHA) hava müdafiə sistemi tərəfindən məhv edildiyini açıqlayıb.
Rəsmi məlumatda qeyd olunur ki, 28 fevraldan bəri İran mənbəli raket və İHA hücumlarına qarşı hava müdafiə sistemləri daim hazır vəziyyətdədir. Müharibənin başlanmasından indiyədək 188 raket və 445 İHA hava müdafiəsi tərəfindən məhv edilib.
İran ABŞ və İsrailin hücumlarına cavab olaraq 28 fevraldan etibarən Bəhreyn də daxil olmaqla yeddi ərəb ölkəsindəki ABŞ bazalarına və strateji obyektlərə raket və İHA hücumları həyata keçirir.