RU

“İranda müharibə bitən kimi neft ucuzlaşacaq, ərzaq və manat isə…” - Natiq Cəfərlidən GÖZLƏNTİLƏR

Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin suallarını Respublikaçı Alternativ Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli cavablandırıb. Natiq Cəfərli ilə söhbət İran müharibəsi səbəbindən dünya bazarında artan neft qiymətləri, bunun Azərbaycana təsirləri, manatı gözləyən proqnoz barədə olub.
 
- Natiq bəy, Azərbaycan neftinin bir bareli təkcə bu gün 140 dolları keçib. Təbii ki, müsbət tərəfi büdcəyə gözləniləndən artıq maliyyənin daxil olmasıdır. Bəs mənfi təsirləri nə ola bilər?
 
- Mənfi tərəfi odur ki, inflyasiya sürətlənəcək. Azərbaycan idxaldan təxminən 90 faiz asılı ölkədir. Hazırda sığorta, logistika xərcləri artır, ərzaq məhsullarının qiyməti artır… Hətta qeyri-ərzaq məhsulları var ki, biz onlardan 90-95 faiz asılıyıq. Ona görə də neftdən böyük pul gələndə sevinirik ki, büdcəyə maliyyə daxil olur, amma bir yandan da bu vəziyyət inflyasiyanı artırır. Onsuz da inflyasiya sürətlə gedirdi, indi daha çox qiymət artımı olacaq. Xüsusən də əhalini ərzaq inflyasiyası maraqlandırır. Çünki hamımz alıcıyıq. Əslində, keçən ilin sonundan bu proses sürətlə gedir, indi daha da artması gözləniləndir.
 
- Qiymət artımını nə vaxtdan hiss etməyə başlayacağıq?
 
- Gələn aydan etibarən xaricdən yeni qiymətlərlə gələn məhsullar görəcəyik. Bu problemin tez bir zamanda qarşısını almaq üçün təcili alətlər gömrük rüsumlarını, vergi dərəcələrini azaltmaqdır. Eyni zamanda, illərlə dediyimiz məsələ - daxili istehsal güclənməli, onun iqtisadiyyatdakı payı artmalıdır. Amma daxili istehsal həcmində müəyyən artım olsa da, təəssüf ki, faiz nisbətində artım yoxdur. Ona görə də xaricdən asılılığımız yüksək olaraq qalmaqdadır.
 
- Bəs İrana qarşı müharibə başa çatdıqdan sonra neftin qiymətində ucuzlaşma nə qədər ola bilər və bu il manatın devalvasiyası ehtimalı varmı?
 
- Əvvəla, neftin indiki qiymətində artım iqtisadi problemlərlə bağlı deyil. Yəni hasilatda hər hansı problem yoxdur. Sadəcə, fiziki olaraq problem yaşanmaqdadır. Çünki logistikanın problemə çevrilməsi neftin qiymətinə təsir edir. Müharibə dayanan kimi neftin qiymətində azalma görəcəyik. Proqnozlara görə, neftin bir bareli 100 dollardan da aşağı düşəcək. Amma ümumilikdə bu ilin sonuna qədər neftin planlaşdırılan orta qiyməti 70-75 dollar gözlənilir. Halbuki Azərbaycan büdcəsi 65 dollardan götürülüb. Ona görə də bu il devalvasiya olmayacaq. Hətta gələn il də devalvasiya gözlənilmir.
Избранный
13
2
moderator.az

3Источники