RU

YAP Nizami rayon təşkilatının fəalları Autizm Mərkəzində olublar

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının gəncləri və fəalları 2 aprel - Dünya Autizm Məlumatlandırma Günü münasibətilə "Birgə və Sağlam" İctimai Birliyinin Autizm Mərkəzini ziyarət ediblər. "Olaylar" xəbər verir ki, ziyarətçilər Autizm Mərkəzində yaradılmış şəraitlə tanış olub, eləcə də inklüziv məşğulluq modeli və autizmli gənclərin cəmiyyətə inteqrasiyasına dəstək verən təşəbbüslər barədə məlumat alıblar. Onlara dövlət tərəfindən autizmli şəxslərin cəmiyyətə tam inteqrasiyası istiqamətində həyata keçirilən davamlı tədbirlər, inklüziv təhsilin inkişafı və həyat keyfiyyətinin yüksəldilməsi üzrə aparılan məqsədyönlü fəaliyyət haqqında geniş məlumat verilib.

Xüsusilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən sağlamlıq imkanları məhdud, eyni zamanda autizmli uşaqlara göstərilən xüsusi diqqət və qayğıdan, Heydər Əliyev Fondu tərəfindən bu sahədə həyata keçirilən layihələrdən bəhs edilib və minnətdarlıq ifadə olunub.

Partiya fəalları və gəncləri ziyarət çərçivəsində Azərbaycanın ilk inklüziv məkanlarından olan "Kaşalata" kafenin fəaliyyəti ilə də yaxından tanış olub, burada peşə bacarıqlarını inkişaf etdirən autizmli gənclərin gündəlik iş mühiti ilə maraqlanıblar. Məlumat verilib ki, "Kaşalata" kafe autizmli gənclərin əmək bazarına qoşulması üçün mühüm platformadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
3
1
olaylar.az

2Источники