RU

Həbsdəki rusiyalıların məhkəməsi başladı

Aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiya vətəndaşlarından ibarət dəstənin — Sergey Safronov, Anton Draçov, Dmitri Bezuqlıy, Dmitri Fyodorov, Aleksandr Vayserov, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqlıyın məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, proses hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilib.

Məhkəmənin ilk iclasında müttəhimlərin anket məlumatları dəqiqləşdirilib. Vəkilləri müdafiə etdikləri şəxslər barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün vəsatətlər veriblər. Vəsatətlər təmin edilməyib. Məhkəmə baxışı 10 aprel tarixinə təyin olunub.

Qeyd edək ki, Sergey Safronov, Anton Draçov, Dmitri Bezuqlıy, Dmitri Fyodorov, Aleksandr Vayserov, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqlıy Daxili İşlər Nazirliyinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Əməliyyat İran istiqamətindən narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluq faktları ilə bağlı həyata keçirilib. Təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yekun ittiham irəli sürülüb. İttihamlar təsdiqlənərsə, müttəhimləri beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası verilə bilər.

E.Məmmədəliyev,
Musavat.com

Избранный
25
1
musavat.com

10Источники