Sərnişin sayında müşahidə edilən artım nəzərə alınaraq, texniki sistemlərdə aparılan təkmilləşdirmə aparılıb və rəqəmsal həllər tətbiq edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, görülən işlər çərçivəsində pik vaxtlarda rekord göstərici “28 May” – “Əhmədli” sahəsində hər iki istiqamətdə saatda 36 cüt qatar hərəkət edir.
Həmçinin günorta saatlarında – 12:30-14:30 və 16:00-17:00 aralıqlarında “yaşıl” və “qırmızı” xətlərdə 30 saniyə azaldılmış interval tətbiq olunur.
Eyni zamanda qeyd edilib ki, səhər, günorta və axşam saatlarında xətlərə “Koroğlu”, “28 May”, “Gənclik” və “Elmlər Akademiyası” stansiyalarına qədər sərnişinsiz hərəkət edən qatarlar verilir.
Qeyd edək ki, ötən il sentyabrın 15-dən metropoliten tarixində ilk dəfə pik saatlarda qatarlar arasında interval 1 dəqiqə 45 saniyəyə endirilmişdi.