RU

Həmin təyyarədə kənar müdaxilə izi aşkar edilmədi

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycandan qayıdarkən Gürcüstan səmasında qəzaya uğrayan Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsində hər hansı kənar müdaxilə və ya partlayıcı izinə rast gəlinməyib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ankara Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində hazırlanan hesabatda deyilir. 

Məlumata görə, Prokurorluğun Hərbi Cinayətlər üzrə İstintaq Bürosu 11 noyabr 2025-ci il tarixində Gürcüstanın Kaxeti bölgəsində qəzaya uğrayan və göyərtəsində olan 20 türk zabitinin şəhid olduğu C-130 tipli təyyarə ilə bağlı araşdırmanı davam etdirir.

Qəza yerində sübutların toplanması, qalıqların araşdırılması və şahid ifadələrinin toplanması üçün beynəlxalq prosedurlar tətbiq edilib. İkili razılaşmalar əsasında Gürcüstanla həyata keçirilən əməkdaşlıq çərçivəsində sübutların Türkiyəyə aparılması təmin olunub.

Bildirilir ki, qəza nəticəsində həlak olan şəhidlərin nəşləri üzərində Məhkəmə-Tibbi Ekspertiza Qurumu tərəfindən aparılan müayinələr tamamlanaraq iş materiallarına əlavə edilib. İstintaq materiallarına daxil edilən hesabatda təyyarənin qalıqları üzərində aparılan ilkin texniki araşdırmaların nəticələri də yer alıb:

“Təyyarənin yaxınlığında partlamış hər hansı sursatın yarada biləcəyi qəlpə izlərinə və ya sursat zədələrinə rast gəlinməyib. Həmçinin əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində yaranan izlərə və ya hər hansı partlayıcı qurğu və onun elementləri də aşkar edilməyib”. 

Bundan başqa, aparılan istintaq tədbirləri zamanı yanğını sürətləndirən neft mənşəli maddələrə, habelə şübhəli kimyəvi maddələ rast gəlinməyib.

Hazırda qəzanın səbəblərini müəyyənləşdirmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin Qiymətləndirmə və Nəzarət İdarəsinin araşdırmaları davam etdirilir. Beynəlxalq standartlara uyğun aparılan bu prosesin sonunda əvvəlcə qəza ilə bağlı ilkin hesabatın, daha sonra isə yekun hesabatın hazırlanacağı gözlənilir.

İstintaq çərçivəsində həlak olan şəxsi heyətin rəqəmsal materialları və telefonları üzərində araşdırmaların davam etdiyi də bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
qafqazinfo.az

1Источники