RU

Kənan Kərimzadə: Bəzi peşə təhsili müəssisələrində tikinti və yenidənqurma işləri davam edir

ain.az, Azertag portalına istinadən məlumat verir.

Lənkəran, 3 aprel, AZƏRTAC

Cəlilabad və Lənkəran Dövlət Peşə Təhsil mərkəzlərində, eləcə də Tərtər və Neftçala peşə məktəblərində işlər tamamlanıb.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Məkrəzinə infotur zamanı deyib. O bildirib ki, hazırda bəzi təhsil müəssisələrində tikinti və yenidənqurma işləri davam edir: “Füzuli və Kəlbəcər Dövlət Peşə Təhsil mərkəzləri, Quba Peşə Liseyi, həmçinin Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Şuşa Dövlət Peşə Təhsil Mərkəzində işlər aparılır. Bununla yanaşı, bir sıra layihələndirmə işləri aparılır. Zəngilan, Qubadlı, Ağdam və Tovuz Dövlət Peşə Təhsil mərkəzləri, eləcə də Qax Peşə Liseyi üzrə layihələrin hazırlanması həyata keçirilir”.

Nazir müavini qeyd edib ki, eyni zamanda, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin və Şirvan Peşə Liseyinin layihələri üzərində də işlər davam edir.

Müxbir - Aysel Azadqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
1
azertag.az

4Источники