RU

Roma Papası XIV Lev İsrail prezidentini münaqişəni dayandırmağa çağırıb

Roma

Roma Papası XIV Lev İsrail Prezidenti İsxak Hersoq ilə telefon danışığı aparıb və bu zaman Yaxın Şərqdəki münaqişəyə son qoymaq üçün bütün mümkün diplomatik dialoq kanallarını açmağa çağırıb.

Xalqcebhesi.az xəbər verir ki, müqəddəs Taxt-tacın mətbuat xidmətinin məlumatına görə, danışıq Pasxa bayramları münasibətilə baş tutub.

"Söhbət zamanı bütün Yaxın Şərqdə ədalətli və davamlı sülhün bərqərar olması məqsədilə davam edən münaqişəni dayandırmaq üçün bütün mümkün diplomatik dialoq kanallarının bərpası zərurəti bir daha vurğulanıb. Danışıqlar zamanı əsas diqqət mülki əhalinin müdafiəsinin vacibliyinə, beynəlxalq və humanitar hüquqa hörmətin təşviqinə yönəldilib", — deyə məlumatda bildirilir.

Məryəm Quliyeva

Избранный
25
1
xalqcebhesi.az

2Источники