RU

62 yaşlı qadın evində ölü tapıldı

Mingəçevirdə evdə qadın meyiti aşkarlanıb. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Energetiklər yaşayış massivi ərazisində yerləşən fərdi evlərdən birində baş verib. 

1964-cü il təvəllüdlü ev sahibi Şükufə Aslanova yaşadığı mənzildə ölü vəziyyətdə aşkar olunub. İlkin müayinə zamanı meyit üzərində hər hansı zorakılıq əlaməti müəyyən edilməyib. Hadisənin başvermə səbəblərinin dəqiqləşdirilməsi məqsədilə müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Faktla bağlı əlavə məlumat veriləcəyi gözlənilir./Qafqazinfo

Избранный
15
3
bakivaxti.az

4Источники