RU

Cavad Zərif: “Biz dövlətçilik öyrədəndə, siz hələ Daş dövründə idiniz” – FOTO

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ rəsmilərinin İrana qarşı təhdidlərinə cavab verib.

Bizim.Media xəbər verir ki, Zərif “X” sosial şəbəkəsindəki hesabında bu barədə paylaşım edib.

O bildirib ki, İran qədim sivilizasiyanın mərkəzlərindən biri olub və tarixi baxımdan dövlətçilik ənənələri ilə seçilib.
 

“İran sivilizasiyanın beşiyinin mərkəzində dayananda, Avropadakı əcdadlarınız (ABŞ xəritədə belə yox idi) hələ Daş dövründə idilər — şəkillər çəkir və dəyənəklərlə oynayırdılar. Biz qayda-qanunu, nizamı və dövlətçiliyi öyrədirdik. Təəssüf ki, bunların heç biri bəzi təkəbbürlü və cahil nəsillərə çatmadı”.


Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dünən xalqa müraciətində İranı daş dövrünə qaytaracaqlarını bildirmişdi.


Bizim.Media

Избранный
42
1
bizim.media

2Источники