RU

"PAŞA Bank"ın səhmdarlarının pay bölgüsü dəyişə bilər

"PAŞA Bank" ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik ola bilər.

"Report" xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının 18,659 milyon manat artırılaraq 354,512 milyon manatdan 373,171 milyon manata çatdırılması planlarının reallaşması nəticəsində mümkündür.

Belə ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 20 manat olan 932 926 ədəd yeni səhmin buraxılması və fiziki şəxslərə satılması nəzərdə tutulur. Yerləşdirmə tam baş tutsa, sadə vətəndaşlar "PAŞA Bank"ın səhmlərinin 5 %-nə sahib olacaqlar.

Əvəzində səhmlərin 56,82 %-nə nəzarət edən "PAŞA Holdinq" MMC-nin payı 53,98 %-ə, 28,18 %-nə nəzarət edən "Bless" MMC-nin payı 26,77 %-ə, 9,99 %-nə nəzarət edən Arif Paşayevin payı 9,49 %-ə, 5,01 %-nə nəzarət edən Mircamal Paşayevin (Bankın Müşahidə Şurasının sədri) payı isə 4,76 %-ə düşəcək.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb.

Избранный
24
far.az

1Источники