RU

RİNN-də Türkiyə nümayəndə heyəti ilə rəqəmsal əməkdaşlıq müzakirə olunub

BAKI,TurkicWorld

Azərbaycan və Türkiyə arasında rəqəmsal inkişaf və maliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində görüş keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Türkiyə Prezidentinin İnvestisiya və Maliyyə Ofisinin nümayəndələri, həmçinin Türkiyənin maliyyə və bank sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri ilə görüşüb.

Məlumata görə, görüş zamanı Azərbaycanda rəqəmsallaşma, süni intellekt və innovativ maliyyələşmə sahələrində həyata keçirilən layihələr barədə geniş məlumat təqdim olunub.

Tərəflər arasında gələcək əməkdaşlıq imkanları, birgə layihələrin reallaşdırılması və investisiya mühitinin inkişafı məsələləri müzakirə edilib.

Избранный
27
9
turkic.world

10Источники