RU

Azərbaycan dünya üzrə mina probleminə görə ilk onluqdadır

Bakı. Trend:

Azərbaycan dünyada mina problemi olan ölkələrin siyahısında ilkonluqdadır.

Trend xəbərverir ki, bunu bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondununprezidenti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin(ANAMA) yanında ictimai şuranın sədri Umud Mirzəyev jurnalistlərəaçıqlamasında bildirib.

Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının qərarınaəsasən, hər il 4 aprel tarixi Beynəlxalq Mina Maarifləndirmə vəMina Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur:

"Ölkə ərazisində 1 milyon 500 mindən artıq mina mövcuddur. Buisə Böyük Qayıdış proqramının icrasını, keçmiş məcburi köçkünlərindoğma yurdlarına təhlükəsiz dönüşünü, həmçinin yeni yaşayışməntəqələrinin və infrastruktur layihələrinin qurulmasınıəhəmiyyətli dərəcədə çətinləşdirir".

O qeyd edib ki, mina problemi yalnız siyasi məsələ deyil, ilknövbədə bəşəri və humanitar problemdir:

"Bu, insan həyatı, təhlükəsizlik və gələcək nəsillərin rifahıilə bağlı olan qlobal bir çağırışdır. Müharibə başa çatsa belə,minalar onilliklər boyu insanların həyatını təhlükə altındasaxlayır. BMT də bu təhlükəni qlobal humanitar məsələ kimiqiymətləndirir. Bu səbəbdən problemin həllində dünya ictimaiyyətivahid mövqe nümayiş etdirməli, beynəlxalq təşkilatlar, donorqurumlar və insan hüquqları təsisatları bu istiqamətdə həmrəylikgöstərməlidirlər. Təəssüf ki, qlobal güclər, dünya bu probleminhəllində Azərbaycanı tək qoyur, dəstək göstərmirlər.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda təxminən 260min hektar ərazi minalardan təmizlənib. Bu, mühüm nəticə olsa da,ümumi çirklənmiş ərazilərin həcmi nəzərə alınarsa, qarşıda görüləsiişlərin hələ çox olduğu aydındır".

Məqalədə:
Избранный
32
2
az.trend.az

8Источники